Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “Şahin” hərbi-idman oyunu keçirildi

16 mart 2019 | 16:00

15 mart 2019-cu il tarixində Qarabağlar kənd tam orta məktəbdə  "Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının 5.1.9. yarımbəndinin icrası ilə əlaqədar rayon tam orta məktəblərin VIII və X sinif şagirdləri arasında “ Şahin “ hərbi-idman oyununun rayon birinciliyi təşkil olundu. Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən yarışı “Şahin” hərbi–idman oyununun əsasnaməsinə uyğun olaraq təşkil olunmuş nümayəndə heyyəti idarə etdi. Gənclər və İdman İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsi , Polis Şöbəsi, Dövlət Yanğından Mühafizə Hissəsinin Samux rayon bölməsi , Təhsil Şöbəsi, Yeni Samux qəzeti  və Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Samux rayon bölməsinin və  Səhiyyə Şöbəsinin nümayəndələri yarışda iştirak etdi.  Azərbaycan Respublikası Dövlət Himninin səslənməsindən sonra Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev tədbiri açıq elan edərək yarış iştirakçılarına uğurlar arzuladı , “Şahin” hərbi-idman oyununun gənclərin vətənpərvərlik hisslərinin gücləndirilməsindəki rolundan danışdı.  Şahin hərbi-idman oyunu sıra hazırlığı, darağa patron doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açmaq, fiziki hazırlıq (qaçış, turnikdə dartınma), maneələrin dəf olunması, mülkü müdafiə hazırlığı növləri üzrə keçirildi. Yarışı keçirməkdə məqsəd məktəblilərdə yüksək vətənpərvərlik hisslərinin formalaşdırılması, ordu sıralarında hərbi xidmətə hazırlanmasına köməklik  göstərilməsi, hərbi biliklər haqqında ilk anlayışların aşılanması və zona mərhələsində rayonumuzu təmsil edəcək komandanın müəyyənləşdirilməsidir. Hakimlərin yekun protokoluna əsasən 1-ci yerə Samux şəhər 2 saylı tam orta məktəb , 2-ci yerə Lək kənd tam orta məktəb , 3-cü yerə Qarayeri qəsəbə 1 saylı məktəb-lisey komandaları layiq görülərək kubok və diplomlarla mükafatlandırıldılar.  Sərkar kənd tam orta məktəb və  Qarabağlar kənd tam orta məktəb komandaları yarışda nümunəvi çıxışı ilə fərqləndiyinə  görə fərqlənmə diplomları ilə təltif olundular. Samux şəhər 2 saylı tam orta məktəb komandası rayon birinciliyinin qalibi kimi zona mərhələsində rayonumuzu təmsil etmək hüququ əldə etdi. Yarış qaliblərinin hər birini təbrik edirik.

Keçidlər