Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Sərkar kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi

06 mart 2019 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Sərkar kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə  Sərkar   kənd inzibati ərazi dairəsi üzrə icra  nümayəndəsi Təhmasib Əliyev    kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Əliyev Xaliq Əliqara oğlu  əkin sahələrini suvarılması üçün yeni bir ədəd subartezan quyusunun qazılmasını xahiş etdi.
  2. Yolçuyeva Rahilə Əhəd qızı  yeni tikilərək əhalinin istifadəsinə verilmiş bulaqdan Yeni zod küçəsinə içməli su xəttinin çəkilməsinə köməklik göstərilməsini xahiş etdi
  3. Əliyev Adil Davud oğlu  suvarma kanallarının lildən təmizlənməsini xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi

Keçidlər