Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar ASAN xidməti Samux rayonunda fəaliyyətə başlayacaqdır.

04 mart 2019 | 16:00

05.03.2019-cu il tarixindən 19.03.2019-cu il tarixədək  Gəncə Səyyar ASAN  xidmət avtobusu Samux rayonunda olacaqdır. 
Rayon əhalisinə aşağıdakı xidmətləri göstərəcəklər:


• “Azəriqaz" İB tərəfindən göstərilən xidmətlər
• Foto xidməti
• Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu)
• Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi
• Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi
• Yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi
• Əmək pensiyalarının təyin edilməsi
• Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
• Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
• Sürücülük vəsiqələrinin dəyişdirilməsi
• Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı
• Notariat fəaliyyəti
Torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi

Keçidlər