Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon Heydər Əliyev Mərkəzində sərgi keçirildi.

18 fevral 2019 | 16:00

Ölkəmizin ən qədim yaşayış məskənlərindən olan Samux hələ ən qədim zamanlardan Hindistandan başlayıb Qara dənizə gedən ən qısa quru yol üzərində yerləşən strateji mövqelərdən birinə malik idi. Qədim zamanlardan bura bölgənin ən qaynar ticarət mərkəzlərindən biri idi. Qafqazda çay limanına ev sahibliyi edən Samux daim bir çox səyyahların, hökmdarların diqqətini özünə çəkməyi bacarmışdır. Eramızdan əvvələ aid həmçinin sonrakı dövrlərdə Samuka, Samuxis, Samunida kimi qaynaqlarda adları çəkilir. Mingəçevir Su Elektrik Stansiyasının tikilməsi ilə əlaqədar qədim Samux vadisi özünün ən qədim yaşayış məskənləri, sarayları, qalaları ilə birlikdə sular altına gömüldü. Bundan sonra Mingəçevir SES-in altında qalacaq Samuxun əhalisi yaxınlıqdakı bölgələrə köçürüldü və adı dəfələrlə dəyişdirildi. Lakin 1992-ci ilin fevral ayının 18-də Samuxun adı özünə qaytarıldı. Məhz Samuxun adının özünə yenidən qaytarılması ilə əlaqədar olaraq 18/02/2019 cu il tarixindən Samux rayon Heydər Əliyev Mərkəzində dünyanın müxtəlif ölkələrində (Böyük Britaniya, Fransa, Almaniya, Amerika, İtaliya, Rusiya) kitabxanalarında və s. Samuxa aid saxlanılan xəritələrin (1800-1899-cu illər) sərgisi açıq elan olundu. Sərgi xəritə həvəskarları üçün qaçırılmaz fürsətlərdəndir. Bundan əlavə bölgəmizin tarixi ilə yaxından maraqlananlar üçün maraq kəsb edə bilər. Sərgiyə baxış ödənişsizdir.

Keçidlər