Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Samuxda 9546 hektar sahədə payızlıq taxıl səpini aparılıb

30 yanvar 2019 | 16:00

Bu il Samux rayonunun təsərrüfatlarında herik şumu da daxil olmaqla, ümumilikdə, 14115 hektar şum qaldırılıb.
Samux Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 9546 hektar sahədə payızlıq taxıl səpini aparılıb.
Payızlıq taxıl səpininin 5267 hektarı buğda, 3544 hektarı dən üçün arpa, 735 hektarı isə xəsildir. Taxıl səpininin 198 hektarı dövlət, 3767 hektarı qeyri-dövlət, 5581 hektarı əhali təsərrüfatlarında aparılıb.
Samux, 30 yanvar, Rauf Hacıyev, AZƏRTAC

Keçidlər