Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Alabaşlı qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi.

08 yanvar 2019 | 16:00

Samux  Rayon  İcra Hakimiyyətinin  başçısı cənab  Alı Qocayevin rayonun Alabaşlı  qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə qəsəbə  sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Alabaşlı qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi qəsəbə barədə iclas iştirakçılarına geniş məlumat verdi.  Qəsəbədə  görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Məmmədov Müxək Hidayyət qızı  pay torpaqlarını suvarmaq üçün nəzərdə tutulmuş subartezanların elektirik naqillərin və dirəklərin təmir edilməsinə köməklik göstərilməsinə xahiş etdi.
2. Abdullayev Razi Fərman oğlu  Mikayı  Müşfiq və Mirzə Rəcəbov küçələrində yaranmış çuxurların təmir edilməsini xahiş etdi.
3. Heydərov Bayram Müslüm oğlu isə pay torpaqlarına gedən su arxlarının təmizlənməsinə və pay torpağının suvarılmasına köməklik göstərilməsini xahiş etdi.
Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi

Keçidlər