Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “Bayram yarmarkası” keçirildi

29 dekabr 2018 | 16:00

Samux rayonunda ənənəvi olaraq həftə sonları keçirilən yarmarkaların davamı kimi “Bayram yarmarkası” keçirildi.  Samux şəhər Heydər Əliyev prospektində keçirilən yarmarkada 2 ton ət və ət məhsulları, 200 kq quş əti, 200 kq balıq əti, 20 ton meyvə, 10 ton  tərəvəz, 3000 ədəd yumurta, 300 litr süd, 80 litr qatıq və 10 tonda un satışa çıxarıldı. Satışa çıxarılan məhsulların qiyməti bazar qiymətlərindən 10-20 faiz aşağı idi. Yarmarka bu gündə daxil olmaqla iki gün keçiriləcəkdir.

Keçidlər