Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda təsərrüfatlardan 21 min 594 ton şəkər çuğunduru yığılıb

13 dekabr 2018 | 16:00

Bu il Samux rayonunun təsərrüfatlarında 526 hektarda şəkər çuğunduru yetişdirilib.
Samux Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təsərrüfatlardan 21 min 594 ton şəkər çuğunduru yığılaraq İmişli Şəkər Zavoduna təhvil verilib. Məhsuldarlıq hər hektardan 410,5 sentner olub.
Qeyd edilib ki, son illər respublikada şəkər çuğundurunun istehsalındakı artım mağazalarda satılan qənd və şəkər tozunun qiymətində ucuzlaşma yaradıb. Belə ki, ötən il şəkərin 1 kiloqramının qiyməti 1 manat 70 qəpik, şəkər tozunun isə bir kiloqramı 1 manat 30 qəpik olubsa, hazırda mağazalarda şəkər 1 manat 30 qəpiyə, şəkər tozu isə 90 qəpiyə satılır.
Çuğundur istehsalı sahələrinin gələn il daha da genişləndirilməsi proqnozlaşdırılır.

Samux, 13 dekabr, Rauf Hacıyev, AZƏRTAC

Keçidlər