Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda təsərrüfatlardan tərəvəz yığımında son 15 ilin ən yüksək göstəricisi qeydə alınıb

21 dekabr 2018 | 16:00

Bu il Samux rayonunda ötən ilə nisbətən 6,7 faiz çox - 710 hektarda tərəvəz əkilib. Sahələrdən 12 min 954 ton tərəvəz yığılıb.
Samux Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu, son 15 ildə rayon üzrə ən yüksək göstəricidir. O cümlədən örtülü torpaqlarda 57 hektar sahədən 4453 ton məhsul toplanıb. Məhsuldarlıq rayon üzrə hər hektardan 182,5 sentner olub. Tərəvəz məhsulunun 1567 tonu qeyri-dövlət müəssisələrində, 11387 tonu isə əhali təsərrüfatlarında becərilib.
Təsərrüfatlardan 5444 ton pomidor, 11947 ton xiyar, 798 ton badımcan, 627 ton baş soğan, 610 ton sarımsaq, 561 ton bibər, 289 ton lobya, 229 ton kələm, 1449 ton digər tərəvəzlər yığılıb.
İstehsal edilən məhsullar əhalinin tələbatını ödəməklə yanaşı, şəhər bazarlarına və xarici bazarlara da çıxarılır.
Samux, 21 dekabr, Rauf Hacıyev, AZƏRTAC

Keçidlər