Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon İnstitut qəsəbə tam orta məktəbin şagirdləri ADAU-nə ekskursiya edib

19 dekabr 2018 | 16:00

Samux rayon İnstitut qəsəbə tam orta məktəbin kimya müəllimi İradə Cəfərovanın təşkilatçılığı və Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərovun dəstəyi ilə VIII, IX, X və XI sinif şagirdləri ADAU-nə ekskursiya ediblər.
Ekskursiyanın keçirilməsində əsas məqsəd məktəbliləri müxtəlif kimyəvi laboratoriyalarla, ali təhsil müəssisəsi ab-havası ilə əyani şəkildə tanış etmək və məzunların ixtisas seçiminə müsbət təsir göstərmək olub.
Ekskursiya zamanı universitetin məsul əməkdaşları tərəfindən şagirdlərə müxtəlif kimyəvi reaksiyalar əməli şəkildə göstərilib, universitetin müxtəlif korpuslarında olaraq fakültələr haqqında ətraflı məlumat verilib, həmçinin ADAU-nin tələbə yataqxanası, elektron və adi kitabxanasına baxış keçirilib, müxtəlif mexaniki qurğuların hazırlanması və şərabçılıq texnologiyarının hazırlanması və tətbiqi ilə bağlı və s. məlumatlar verilib, həmçinin məktəbliləri maraqlandıran suallar universitet rəsmiləri tərəfindən ətraflı izahla cavablandırılıb.

Keçidlər