Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Zazalı kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi

11 dekabr 2018 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Zazalı    kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Zazalı     kənd inzibati ərazi dairəsi üzrə icra  nümayəndəsi   kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Məmmədov Çingiz Cəbrayıl oğlu kəndin giriş hissəsinə elektrik açarı quraşdırmaqla   xəttlərin etibarlığını təmin edilməsini təklif etdi.
  2. Zeynalov Elmar Oruc oğlu  sel arxlarının yenidən işlənilməsini  xahiş etdi.
  3. Cəfərov Namiq Bahadur oğlu  İmamzadə -Alıuşağı magistiral  yolunda yaranmış çuxurların təmir edilməsini xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi

Keçidlər