Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda “09 noyabr - Bayraq günü" münasibəti ilə bilik yarışması təşkil olundu.

09 noyabr 2018 | 16:00

“09 noyabr - Bayraq günü" münasibəti ilə Samuxda bilik yarışması təşkil olundu.  Heydər Əliyev Mərkəzində Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə "09 noyabr - Bayraq günü"nə həsr olunmuş , Xəmsə Milli İntellektual oyunu üzrə yeniyetmələr arasında VI Azərbaycan Çampionatının Samux rayon birinciliyi təşkil olundu. Çempionatın keçirilməsində məqsəd yeniyetmələrin intellektual səviyyəsini, dünya görüşünü , zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq , eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir. Çempionatda yaşı 14-dən 17-dək olan yeniyetmələrdən ibarət, hər birində 5 oyunçu olan məktəb komandaları iştirak etdilər. Yekun qərara əsasən Qarayeri qəsəbəsi 1 saylı tam orta məktəb komandası rayon birinciliyinin qalibi olaraq 10 noyabr 2018-ci il tarixdə Göygöl şəhərində keçiriləcək zona mərhələsində rayonumuzu təmsil etmək hüququ əldə etdi. Rayon birinciliyinin qalibi olaraq Qarayeri qəsəbə 1 saylı tam orta məktəb komandasını təbrik edir , zona mərhələsində uğurlar arzulayırıq.

Keçidlər