Şriftin ölçüsü :

Saytın rəngi :

"Fövqəladə hallar uşaqların gözü ilə" müsabiqəsinin Samux rayon turu keçirilib

02 noyabr 2018 | 16:00

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyi tərəfindən 2010-cu il 18 noyabr ayından etibarən hər il “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsi keçirilir.
Müsabiqə I-XI sinif şagirdləri arasında rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyaları üzrə keçirilir.
Müsabiqədə iştirak etmək üçün nominasiyalar üzrə Samux Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərində təhsil alan şagirdlərin əl işləri toplanılıb, baxış keçirilərək ən yaxşıları seçilib və Gəncə şəhərində yaradılmış Gəncə Regional Mərkəzi ilə birgə yaradılmış münsiflər heyətinə göndərilib.
Qeyd edək ki, Gəncə Regional Mərkəzində seçilmiş nümunələr “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsinin Respublika mərhələsinə təqdim ediləcək.

Keçidlər