Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın sönməz günəşi Nəsimi

31 oktyabr 2018 | 16:00

Samux rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın sönməz günəşi Nəsiminin 600 illik yubileyi ilə əlaqədar “Nəsimi gecəsi” keçirildi.Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Nuranə Həsənova açdı. O, çıxışında vurğuladı ki, bu gün ölkəmizin digər sahələrində olduğu kimi dövlət tərəfindən öz mədəni irsinə də ayrıca diqqət ayrılır. May ayının 18-də Parisdə UNESCO-nun baş qərargahında böyük şair və mütəfəkkiri Nəsiminin 600 illiyi ilə bağlı tədbirin küçirilməsi, Prezidentimiz İlham Əliyevin tərəfindən müvafiq sərəncamların verilməsi, “Nəsimi muzeyi”nin açılışı söylənən ən bariz nümunədir.
Sonra çıxış üçün söz Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayon şöbəsinin baş məsləhətçisi Süleyman Əliyevə verildi. O, çıxışında qeyd etdi ki, Nəsimi Azərbaycan şeir dilini yüksək bir zirvəyə qaldıran, öz əsərlərində dövrün mütərəqqi fikirlərini tərənnüm edən, şairin əsərləri əlyazma şəklində geniş yayılmışdır. Həmin əlyazma nüsxələri dünyanın bir sıra mötəbər kitabxanalarında saxlanılır. Bakı rayonlarından birinə Nəsiminin adı verilmiş, Bakıda heykəli (heykəltaraşlar T.Məmmədov, İ.Zeynalov) ucaldılmışdır. Həmçinin Azərbaycan EA Dilçilik İnstitutu Nəsiminin adınadır.
Daha sonra öz fikirlərini paylaşmaq üçün söz Samux rayon Mərkəzi Kitabxana Sisteminin direktoru Şəhla Abdullayevaya verildi. O çıxışında rayon kitabxanasında Nəsimin kitablarının vaxtaşırı sərgiləndiyini, rayon məktəblilərinin və gənclərin bu kitablara maraq göstərdiyini vurğuladı. Nəsimi yaradıcılığı gənclərə ədəbiyyata olan marağı daha da artırır.
Növbəti çıxış Samux rayon Ağsaqqallar şurasının üzvü, şair, uzun müddət ən şərəfli peşə olan müəllimlik fəaliyyəti ilə məşğul olmuş Gəray Bayramova verildi. Gəray müəllim öz çıxışında qeyd etdi: Onun rübailəri, tüyuğları bədii quruluş və məzmunca orijinal və qiymətlidir. Rübailərində hürufiliyin müddəaları, şairin fəlsəfi görüşləri, Həyat və Kainat haqqında düşüncələri yığcam və məntiqi bir dildə ifadə olunmuşdur. Nəsiminin ana dilində yazdığı əsərlər Azərbaycan şerinin inkişafına, o cümlədən Şah İsmayıl Xətai, Füzuli, Vaqif kimi böyük sənətkarların yaradıcılığına qüvvətli təsir göstərmişdir. Nəsimi yaradıcılığı XV-əsrdən etibarən bütün türk ədəbiyyatına (türk, türkmən, özbək və s.) qüvvətli təsir göstərmişdir. Şairin əsərləri əlyazma şəklində geniş yayılmışdır. Həmin əlyazma nüsxələri dünyanın bir sıra mötəbər kitabxanalarında saxlanılır.
Samux rayon Təhsil idarəsinin metodisti Laçın Abbasova, Samux rayon İnstitut qəsəbə tam orta məktəbin müəlliməsi Dilarə Əsgərova və bu il yüksək nəticə göstərərək Gəncə Dövlət Universitetinin Azərbaycan dili və Ədəbiyyat fakultəsinə daxil olmuş tələbə Samux rayon gənci Nurtəkin Qarayeva Nəsimi haqqında öz fikirlərinin tədbir iştirakçıları ilə bölüşdülər. Sonra tədbir bədii hissə ilə davam etdi. Bədii hissədə Samux rayon Sərkar Uşaq Musiqi məktəbinin müəllimlərinin ifasında Nəsimi qəzəllərindən ibarət muğamlar ifa edildi. Tamaşaçılar tərəfindən yüksək qiymətləndirildi. M. Ə. Sabir adına 1 saylı məktəb-litseyin və S. Əliyev adına 2 saylı orta məktəbin şagirdlərinin ifasında Nəsimi qəzəlləri və “Nəsimi” filmindən kiçik bir fraqment göstərildi. Samux rayon könüllü gəncləri Kazımnicat Ayxan, Əmiraslanova Xanım və Samux rayon Mədəniyyət Mərkəzinin işçisi Şəbnəmin ifasında bir neçə qəzəl səsləndirildi.

Keçidlər