Şriftin ölçüsü :

Saytın rəngi :

Hava şəraitinin kəskin dəyişəcəyi haqqında ilkin xəbərdarlıq

23 oktyabr 2018 | 16:00

Oktyabrın 24-ü gündüz, 25-də cənub-qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı
yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.


Oktyabrın 26-dan 27-si axşamadək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.Qərb küləyi  arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Keçidlər