Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxdan "Qabaqcıl təhsil işçisi" döş nişanı, "Fəxri fərman" və "Tərəqqi" medalına layiq görülmüş Elmira Məmmədova

13 oktyabr 2018 | 16:00

Samux rayon Çobanabdallı kənd tam orta məktəbdə riyaziyyat müəllimi işləyən Elmira Məmmədova, 1958-ci ildə Daşkəsən rayon Mədənçilər kəndində anadan olub. 1975-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Riyaziyyat müəllimi fakültəsinə qəbul olub. 1979-cu ildə ilk olaraq doğulduğu Mədənçilər kənd məktəbində müəllim kimi pedaqoji fəaliyyətə başlayıb.
1987-ci ildən etibarən Samux rayon Çobanabdallı kənd tam orta məktəbdə riyaziyyat müəllimi fəaliyyətini davam etdirən Elmira müəllim, uğurla davam etdirdiyi pedaqoji fəaliyyəti zamanı şagirdlərin təlim-tərbiyəsində müvəffəqiyyət əldə etdiyinə görə təhsil işçisi kimi əməyi qiymətləndirilib və bir sıra fəxri adlarla təltif olunub. Belə ki, 2014-cü ildə Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Qabaqcıl təhsil işçisi” döş nişanı, 2016-cı ildə Təhsil Naziriri tərəfindən “Fəxri fərman” və 2018-ci ildə Prezident cənab İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə mükafatlandırılıb.
Qeyd edək ki, hazırda pedaqoji fəaliyyətini uğurla davam etdirən Elmira müəllimin yetişdirdiyi şagirdlər Respublikanın qabaqcıl ali məktəblərində təhsil almaları ilə yanaşı, respublika səviyyəli bilik və intellektual yarışların qalibi olublar.

Keçidlər