Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda artıq 3 ildir ki, torpaq səhələrində təkrar əkin aparılır

20 avqust 2018 | 16:00

Rayonda ötən il 3 min ha ərazidə təkrar əkin həyata keçirilmişdisə, bu il sahə 719 ha genişləndirilib. Təkrar əkin sahələrinin 3531 hektarında qarğıdalı, qalanında tərəvəz və yemlik bitki əkilib. Samuxda təkrar əkinə iyunun sonu  iyulun əvvəlindən başlanılıb. Məhsul yığımı isə oktyabrın sonunda yekunlaşacaq. Ondan sonra rayonda payızlıq taxıl əkin üçün şumlamaya başlanılacaq. Bu isə o deməkdir bir sahədən il ərzində iki dəfə məhsul əldə edilir.
Rahil Həsənov Samux Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru: "Məhsul istehsal etməyə hamının marağı artıb. Həm əsas əkinlərə, həm də təkrar əkinlərə subsitsiyanən verilməsi, toxum üçün subsitsiyanın verilməsi, təkrar əkinlər üçün güşəztli gübrələrin verilməsi, herbisitlərin güzəştli qiymətlərlə verilməsi bütün bunların hamısı istehsalçının torpaqdan daha çox gəlir götürməyə inamını artırıb.Bilir ki, istehsal etdiyi məhsul satılacaq və öz ailə büdcəsini daha da artıracaq".

Keçidlər