Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunun 2018- ci ilin yanvar-iyun aylarında iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

03 avqust 2018 | 16:00

2018-ci ilin yanvar-iyun aylarının makroiqtisadi göstəriciləri rayon iqtisadiyyatının  dinamik inkişaf etdiyini əks etdirir. Hesabat dövründə məhsul istehsalı sahələrində istehsalın həcmi artmış, xidmət sahələrinin fəaliyyəti genişlənmiş, əhalinin həyat səviyyəsini əks etdirən pul gəlirləri və əmək haqqı xeyli yüksəlmişdir.
  2018-ci ilin məhsulu üçün rayon üzrə 10610 hektar payızlıq taxıl səpini aparılmışdır. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 1751 hektar və ya 14,2 faiz azdır. 2018-ci ilin məhsulu üçün 7247 hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 597 hektar və ya 7,6 faiz azdır.
            Yazlıq  səpinin 896 hektarı və ya 12,4 faizi çoxillik otlar, 245 hektarı və ya 3,4 faizi kartof, 710 hektarı və ya 9,8 faizi tərəvəz, 2866 hektarı və ya 39,5 faizi günəbaxan, 526 hektarı və ya 7,3 faizi şəkər çuğunduru, 241 hektarı və ya 3,4 faizi yazlıq arpa, 452 hektarı və ya 6,2 faizi buğda, 27 hektarı və ya 0,4 faizi paxlalılar, 400 hektar və ya 5,9 faiz pambıq, 329 hektar və ya 4.9 faiz qarğıdalı, 213 hektar və ya 2,9 faiz bostan, 272 hektar və ya 3,7 faiz tərəvəz(toxum məqsədilə), 25 hektar və ya 0,4 faiz birillik otlar. 13 hektar və ya 0,2 faiz çəltik, 1,5 hektar və ya 0.02 faiz  olmuşdur. 
           2018-ci ilin II rübünün sonuna 23659 baş iri buynuzlu mal-qara, 151087 baş qoyun və keçilər mövcud olmuşdur.
           Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə iri buynuzlu mal-qara 528 baş və ya      2,2 faiz, qoyun və keçilər isə 3240 baş və ya 2,1 faiz azalmışdır. Hesabat dövründə diri çəkidə ət istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,3 faiz artaraq, 2667 ton, süd istehsalı 0,4 faiz artaraq 13125 ton, yumurta istehsalı 10,4 faiz artaraq, 4385 min ədəd, yun istehsalı 17,2 faiz azalaraq 246 ton olmuşdur.
           Kənd təsərrüfatı məhsullarının istehsal həcmi 40618,0 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən  25,7 faiz çoxdur.
Hesabat dövründə fiziki şəxslər də daxil olmaqla sənayedə məhsul və xidmətlərin həcmi 4394,0 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 36,2 faiz  çoxdur.
2018-ci ilin yanvar-iyun aylarında fiziki şəxslər də daxil olmaqla emal sənayesi ilə məşğul olan sənaye müəssisələri 1987,3 min manatlıq mal və məhsul istehsal etmişlər ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,2 dəfə çoxdur. Rayon üzrə istehsal olunmuş 4394,0 min manat mal və xidmətlərin 2382,6 min manatı dövlət, 2011,4 min manatı  qeyri-dövlət sektorunun, o cümlədən 290,5 min manatı isə fiziki şəxslərin payına düşür. 2018-ci ilin hesabat dövrünün sonuna anbarlarda hazır məhsul qalıqı  olmamışdır. 
Hesabat dövrü ərzində tikinti təşkilatları tərəfindən 1028,4 min manatlıq  təmir- tikinti işləri aparılmışdır. Bu isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 61,5 faiz  çoxdur. Təmir-tikinti işlərinin 770,5 min manatı və ya 74,9 faizi dövlət mülkiyətinin,    257,9 min manatı və ya 25,1 faizi isə qeyri-dövlət mülkiyyətinin payına düşür. 1028,4 min manatlıq təmir-tikinti işlərinin 450,1 min manatı əsaslı təmirin, 556,3 min manatı cari təmirin, 22 min manatı isə sair tikinti işlərinin payına düşür.  
Hesabat dövründə əsas vəsaitlərə qoyulan investisiyaların həcmi 9547,3 min manat olmuşdur. Sənayə sahəsinə 1721,9 min manat, nəqliyyata 6931,0 min manat,  tikintiyə isə 684,4 min manat investisiya qoyulmuşdur. Əsas kapitala qoyulan investisiyanın 8862,9 min manatı istehsal təyinatlı, 684,4 min manatı isə qeyri-istehsal təyinatlıdır. 382 min manat əsas fondlar istifadəyə verilmişdir. Əhalinin şəxsi vəsaiti hesabına dəyəri 382 min manat olan 652 kvadrat metr mənzil tikilib istifadəyə verilmişdir. 2018-ci ilin I yarımilində rayon icra hakimiyyətinə dövlət büdcəsindən 302,4 min manat vəsait ayrılmışdır ki, bunun da hamısı  tikinti-quraşdırma işlərinə sərf edilmişdir.
    Samux  şəhərinin  içməli  suya  olan  tələbatının  ödənilməsi  üçün  müvafiq  sərəncama  uyğun  olaraq 3,24  hektar  təmizləyici  qurğuya və  2,22 hektar  su  anbarının  inşa  edilməsinə  torpaq  sahəsi  ayrılmışdır. Yaxın  vaxtlara  təmizləyici  qurğu  və su  anbarının  tikintisinə  başlanması  nəzərdə  tutulur.
    Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin 27 fevral tarixli 18 saylı Fərmanı  ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”-nın yerinə yetirilməsi istiqamətində  rayonda görülən işlər davam etdirilmişdir. Belə ki, Burunqovaq kəndində inşa edilmiş modul tipli məktəb binasının tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.
Rayonda 56 subartezian quyusunun qazılıb istifadəyə verilməsi nəzərdə tutulmuşdur ki, onlardan 46-sı istifadəyə verilmiş, 5 quyu qazılmış, digər 5 subartezian quyusunun qazılması üçün hazırlıq işləri görülür.
Rayonun Çobanabdallı kəndində  yataqxana tipli, ikimərtəbəli bir bloklu, hər biri 16 mənzilli, ümumi sahəsi 2020 kv.m. olan iki binada blokların təmiri, qapı və pəncərələrin quraşdırılması işləri tam başa çatdırılmış, hər iki binada son tamamlama işləri həyata keçirilir.
         Samux Telekommunikasiya Qovşağının inzibati binasının tikintisi başa çatdırılmışdır və yaxın günlərdə istifadəyə veriləcəkdir.
         Bu ilin hesabat dövrü ərzində sərnişin daşınması 1,9 faiz artaraq, 4779 min  nəfər olmuşdur.     
        Mal və xidmətlərin həcmi  2,2 faiz artaraq, 1413,5  min manata çatmışdır.
        Hesabat dövründə sərnişin dövriyyəsi 33453 min sərnişin km olmuşdur.
        Hal-hazırda rayonda 1 rabitə müəssisəsi - Samux Telekommunikasiya qovşağı fəaliyyət göstərir. Hesabat dövründə  telefon çəkilişi 52 ədəd olmuşdur. Telefon aparatlarının sayı 8393 ədəd olmuşdur.
        Rayonda rabitə sahəsi üzrə mal və xidmətlərin ümumi həcmi 373 min manat olmuşdur. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2 faiz çoxdur.
        2018-ci ilin yanvar-iyun aylarında rayon üzrə pərakəndə ticarət dövriyyəsi 57028,3  min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 0,3% çoxdur. Aylıq adambaşına düşən pərakəndə ticarət dövriyyəsi 164,3 manat olmuşdur ki, bu da respublika üzrə hər bir adama düşən aylıq pərakəndə ticarət dövriyyəsinin 52,5 faizini təşkil edir.                                                                        
        Bu ilin müvafiq dövrü ərzində iaşə  dövriyyəsi 1756,5 min manat olmuşdur.
        Pərakəndə ticarət dövriyyəsinin 36041,9 min manatı və ya 63,2 faizi ərzaq mallarının, 20986,4 min manatı və ya 36,8 faizi isə qeyri-ərzaq mallarının payına düşür.
        2018-ci ilin hesabat dövründə əhaliyə 13972,5 min manatlıq ödənişli xidmət göstərilmişdir. Ödənişli xidmətin 1212,3 min manatını  və ya 8,7 faizini məişət xidməti təşkil edir.
         Fiziki şəxslər tərəfindən 11068,8 min manatlıq və ya ümumi  həcmin 79,2 faizi  qədər  ödənişli xidmət göstərilmişdir.
         2018-ci ilin yanvar-iyun aylarında muzdla çalışan işçilərin orta siyahı sayı         5794 nəfər, həmin işçilərə hesablanmış əmək haqqı fondunun məbləği 10003,6 min manat olmuşdur. Hər bir işçiyə düşən orta aylıq əmək haqqının  məbləği 287,8 manat olmuşdur.

Samux rayon statistika İdarəsi

Keçidlər