Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda "26 iyul Gənclər və İdman Nazirliyinin yaranması günü" və "Samux Kikboksinq Klubunun 18 illiyinə" həsr olunmuş açıq rayon birinciliyi başa çatdı.

27 iyul 2018 | 16:00

Samuxda 24-26 iyul 2018-ci il tarixlərdə 26 iyul Gənclər və İdman Nazirliyinin yaranması günü və Samux Kikboksinq Klubunun 18 illiyinə həsr olunmuş açıq rayon birinciliyi başa çatdı. Açıq birincilikdə Gəncə şəhəri 5 komanda, Mingəçevir şəhəri 4 komanda, Samux rayon 3 komanda, Şəmkir rayon 2 komanda, Bərdə rayon 2 komanda, Kəlbəcər rayon 1 komanda, Ağcabədi rayon 1 komanda, Tərtər rayon 1 komanda, Goranboy rayon 1 komanda, Göygöl rayon 1 komanda, Ağstafa rayon 1 komanda ilə öz güclərini sınadı. 24 iyul 2018-ci il tarixdə idmançların çəki mərhələsi, 25 iyul 2018-ci il tarixdə açılış mərasimi, 26 iyul 2018-ci il tarixdə isə yarımfinal və final oyunları keçirildi. Açılış mərasimində Samux rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Tahir Qarayev, rayon icra hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova, icra hakimiyyətinin məsul işçisi Mehman Əliyev və digər qonaqlar iştirak etdi. Himn ilə başlayan açılışda Samux Rayon Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev bütün qonaqları salamladı. Gənclər və İdman Nazirliyinin yaranma günü münasibəti ilə rayonda keçirilən idman tədbirlərindən və gənclər siyasətindən söhbət açdı və  qeyd etdi ki, bu birincilik ənənəvi olaraq hər il keçirilir. Daha sonra Samux Kikboksinq Kulubunun rəhbəri Elnur Salamov klubun fəaliyyəti, yarışın qaydaları haqqında iştirakçıları məlumatlandırdı. Rayon icra hakimiyyəti başçısının 1-ci müavini Tahir Qarayev qeyd etdi ki, ölkə Prezidenti cənab İlham Əliyev hər zaman gənclərə və idmançılara böyük ümid bağlayır və gənclərin fəaliyyəti üçün münbit şərait yaradır.  Ölkənin gələcəyinin daha da çiçəklənməsi üçün gənclərimiz cənab Prezidentin arxasında daha da sıx birləşməlidir ! Sonda idmançılara uğurlar arzuladı.   25-26 iyul tarixlərdə idmançıların keçirdikləri döyüşlər boyük maraqla qarşılandı. Komanda hesabı ilə Samux komandası 14 qızıl, 14 gümüş və 8 brünc medalla bu turnirdə 1-ci yerə layiq görüldü.

Keçidlər