Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda 2 min 865 hektar sahədə əkilmiş günəbaxandan bol məhsul gözlənilir

15 iyul 2018 | 16:00

Samux rayonunda 2018-ci ilin məhsulu üçün 2 min 865,5 hektar sahədə dən üçün günəbaxan əkilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, günəbaxan əkini sahələrinin 173,5 hektarı kənd təsərrüfatı müəssisələrinin, 2 min 692 hektarı isə əhali təsərrüfatlarının payına düşür.
Qeyd edilib ki, bu məhsulun satış bazarları olduğuna görə əkin sahələri ilbəil artır. Əkin sahələrinin becərilməsində aqrotexniki qaydalardan, mineral və üzvi gübrələrdən, pestisidlərdən daha geniş istifadə edilir. Artıq, bitkinin becərilməsi qaydaları da kənd zəhmətkeşləri tərəfindən yüksək dərəcədə mənimsənilib. 2017-ci ildən Şəmkir Maşın Su Kanalının işə düşməsi məhsulun vaxtında suvarılmasına və məhsuldarlığın artırılmasına səbəb olub. Beləliklə, əvvəlki illərin məhsuldarlığı nəzərə alınaraq bu il təsərrüfatlardan 6 min 100 tondan artıq məhsulun toplanacağı proqnozlaşdırılır.
Gəncə, 14 iyun, Rauf Hacıyev, AZƏRTAC

Keçidlər