Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda ağır atletika idman növü üzrə təşkil olunmuş yarış sona çatdı.

17 iyul 2018 | 16:00

Samuxda Ağır Atletika idman növü üzrə təşkil olunmuş yarış uğurla sona çatdı. 14-15 iyul 2018-ci il tarixdə Samux Zirvə İdman Klubunun ağır atletika zalında qərb zonası üzrə Respublika yarışlarının III seçmə mərhələsi təşkil olundu. Məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir. Samuxda təşkil olunmuş yarışda Goranboy, Gəncə, Samux, Qazax, Yevlax, Şəki və Qaxı təmsil edən atletlər medal mübarizəsi apardılar. Samux idmançısı Sənan Quliyev 342,75 kq nəticə ilə 1-ci yerə layiq görüldü. Qaliblər diplom və medallarla mükafatlandırıldılar. Yarış uğurla sona çatdı .

Keçidlər