Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “XXI əsrin ilk Milli Qəhrəmanı İsgəndərov Elton Xaləddin oğlunun anım gününü” qeyd edildi.

19 iyun 2018 | 16:00

İsgəndərovun anım günü keçirildi. Ilk öncə tədbir iştirakçıları Milli qəhrəmanın qəbrini ziyarət edərək üzərinə tər-qərənfillər düzdü. Daha sonra tədbiri giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev  qeyd etdi ki, 2009-cu il iyunun 18-də Cəlilabad rayonu istiqamətində sərhəd pozucuları ilə döyüşə girib, bir neçə döyüşçünü məhv etdikdən sonra döyüşün ağır yerində sərhəd pozucularının biri sərhədçilərimizin cəm dayandığı mövqeyə qumbara atdığını görən  cəsur əsgər dərhal özünü qumbaranın üzərinə ataraq öz həyatı bahasına  əsgər və zabitlərimizin həyatını xilas edib. Bəli həmin bu cəsur əsgər İsgəndərov Elton Xaləddin oğludur. O bu hərəkəti ilə Azərbaycan oğullarının vətən uğrunda lazım gələrsə canlarından keçə biləcəyini sübut edərək gənc nəsillərə nümunə olmuşdur. Azərbaycan Respublikasının Prezidenti əsgərimizin göstərdiyi bu şücayəti nəzərə alaraq  25.06.2009-cu il tarixli 349 saylı Sərəncamı  ilə İsgəndərov Elton Xaləddin oğluna ölümündən sonra Milli Qəhrəman adını  verdi.
Tədbirdə iştirak edən Xaləddin İsgəndərov oğlunun göstərmiş olduğu qəhrəmanlıqla ilə fəxr etdiyini və Azərbaycanımızda Elton kimi vətənpərvər oğlanların sayının onminlərlə, yüzminlərlə olduğunu vurğuladı və göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, rayon rəhbərliyinə və tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi .
Daha sonra çıxış edən  Elvin İsgəndərov- Milli Qəhrəmanın qardaşı: “Bu gün fərəh hissi duyuram ki, bu gün qardaşımın məzarı önündə sərhədçi geyimində əsl bir sərhədçi kimi dayanmışam. Çalışacam ki, mən qardaşım Eltunun qismən yarımçıq qalmış xidmətini başa vurum”.
ALLAH Qəhrəmanımız Elton İsgəndərovla birgə vətən yolunda rəhmətə gedən bütün şəhidlərimizə rəhmət eləsin

Keçidlər