Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda 15 İyun Qurtuluş günü münasibətilə şahmat turnirinə start verildi

08 iyun 2018 | 16:00


15 İyun Qurtuluş günü münasibətilə YAP Samux rayon təşkilatının, rayon Təhsil Şöbəsinin və Uşaq-Gənclər Şahmat məktəbinin birgə tədbirlər planına uyğun olaraq 08 İyun 2018-ci il tarixdə Uşaq-Gənclər Şahmat məktəbinin 8,10,12 və 14 yaş qrupunda oğlanlar və qızlar arasında şahmat turnirinə start verildi.
Tədbirdə qeyd olundu ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir və iqtisadi, siyasi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.Ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən dövlət gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir.Keçirilən tədbirlər, görüşlər müasir gəncliyin inkişafına xidmət edir.Bugünkü şahmat turnirinin keçirilməsində məqsəd gənclərimizin intellektinin inkişaf etdirilməsi və təmkinlilik, düşüncə qabiliyyətlərinin formalaşmasına kömək etməkdir.

Keçidlər