Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxlu iştirakçı "Ədəbiyyat biliciləri" müsabiqəsinin ölkə mərhələsində qalib olub

07 iyun 2018 | 16:00


 Təhsil Nazirliyi tərəfindən keçirilən “Ədəbiyyat biliciləri” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

“Ədəbiyyat biliciləri” müsabiqəsinin fevral ayında keçirilmiş rayon mərhələsində iştirak edən 31 ümumi təhsil məktəbini təmsil edən şagirdlərdən 1 nəfər Samux rayon Zazalı kənd tam orta məktəbin XI sinif şagirdi Ceyran Məmişova müsabiqənin ölkə mərhələsinə qatılıb.

Respublika üzrə 110 nəfər şagirdin iştirak etdiyi ölkə mərhələsində Ceyran Məmişova uğurlu çıxış edərək Təhsil Nazirliyi tərəfindən üçüncü dərəcəli diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, Ceyran Məmişova ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə keçirilən yaz qəbul imtahanında 620 bal toplayaraq yüksək nəticə əldə edib.

Keçidlər