Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon “Şahinlər”komandası bu normativlərə görə Gənclər və İdman Nazirliyi tərəfindən Fəxri Fərmanla mükafatlandırılmışdır.

01 iyun 2018 | 16:00

İnsanın ən ali ,insani hisslərindən olan vətənpərvərlik  hər kəsin doğulub boya-başa çatdığı elə,obaya ,torpağa,vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır.
Vətənpərvərlik –özü üçün deyil,el üçün yaşamaqdır,bu gün üçün deyil,gələcək üçün yaratmaqdır.”Mən”üçün deyil ,”Bizlər”üçün “Xalqın”üçün düşünməkdir.
  Bəna külüngüylə,diplomat siyasətiylə,alim elmi ilə,şair ,yazıçı qələmi  ilə ,tarixçi üzə çıxardığı doğrularıyla,analar böyütdüyü nəcabətli övladlrıyla ,qızlarımız ismətilə,oğullarımız mərdliyi ,qeyrətilə,şagirdlərimiz təhsili ilə əsl vətəndaşdır.
Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin ,vətənə məhəbbət,xalqa,elinə,obasına hörmət ,soykökünə,ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına məsuliyyətlə yanaşıb və ona həyati əhəmiyyətli məsələ kimi baxıb.
   Xüsusilə ərazilərinin 20%-nin işğal altında olan Azərbaycanda hərbi vətənpərvərlik hisslərinin aşılanmasına böyük ehtiyac var.Sevindirici haldır ki,bu yöndə orta məktəblərdə böyük işlər görülür.
Məktəblərdə”Cəsurlar”,”Şahinlər”hərbi-idman oyunlarının keçirilməsi gəncləri həm Vətənin müdafiəsinə hazırlaya,həm də onlarda milli ruhu yüksəldir.Oyunlarda tələb olunan bütün fiziki və əqli hərəkətlər ,çeviklik ,cəldlik iştirakçılara müsbət təsir göstərir və bu cür oyunların nəticəsi çox gözəl olur.Məktəbli uşaqların əsgər forması geyinərək yarışda iştirak etməsi onların özlərini bir anlıq əsgər hesab etmələrinə şərait yaradır,onların vətənpərvərlik ruhunda böyüməsinə müsbət təsirini göstərir.
Və hər bir gənc Vətən qarşısında öz məsuliyyətini  başa düşür,Vətəni  qorumağa ,onu sevməyə bütün varlığı ilə hazır olur.
   Buna bariz nümünədir ki,Samux şəhər S.Əliyev adına 2saylı tam orta məktəbin  “Şahinlər”komandası Rayon birinciliyi uğrunda mübarizə apararaq rayon məktəbləri arasında birincilik əldə edərək Zona yarışına vəsiqə qazanmışdırlar. Bu,məktəbin Hərbi hazırlıq müəllimi Əhmədov Tural Tacəddin oğlunun zəhməti,əməyi sayəsində mümkün olmuşdur.Gənc kadr olmasına baxmayaraq,şagirdlərlə  çalışaraq öz biliklərini onlara çatdırmağı bacarmışdır.Buna görə də şagirdlərimiz Zona yarışında 11 rayon arasında ən yüksək nəticə göstərərək zona birinciliyinə nail olaraq diplomla təltif olunmuş və respublika final mərhələsinə vəsiqə almışlar.
10.05.2018-ci il tarixdə Bakı şəhərində keçirilən “Şahinlər”hərbi idman oyununun respublika mərhələsində uğurla iştirak edərək ilk onluğa qalib komanda kimi mükafatlandırıldılar.
Avtomatın sökülüb-yığılması üzrə Namazov Rəsul Araz oğlu Respublika birinciliyini qazanmış,Silahın hədəfə vurulması üzrə  Namazova Süpanə Mavi qızı ən yüksək balla qalib olmuşdur.
Samux rayon “Şahinlər”komandası bu normativlərə görə Gənclər və  İdman   Nazirliyi tərəfindən Fəxri Fərmanla mükafatlandırılmışdır.

Keçidlər