Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında intellektual bilik yarışı keçirildi.

03 may 2018 | 16:00

Ölkəmizin hər yerində olduğu kimi YAP Samux rayon təşkilatında da ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı silsilə tədbirlərin keçirilməsinə başlanılmışdır. Tədbirlər planına uyğun olaraq  03 may 2018-ci il tarixdə YAP Samux Rayon Təşkilatının və  rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəbləri arasında “İntellektual bilik yarışı” keçirildi. Tədbiri giriş sözü ilə açan YAP Samux Rayon Təşkilatının sədri Gündüz Bayramov qeyd etdi ki, Ulu Öndər H.Əliyevin anadan olmasının 95-ci il dönümü  ərəfəsində məktəblilər arasında “İntellektual bilik yarışı”nın  keçirilməsində əsas məqsəd gənc nəsli Ulu Öndər Heydər Əliyev ideyaları ruhunda, Onun zəngin irsi işığında yeni üsul və metodlarla tərbiyə etmək, Onun irsinin dövlətçilik, azərbaycançılıq, bəşəri konsepsiyasını, idarəçiliyini öyrənmək, təbliğ etmək  və bu ideyalardan faydalanmaq , həyatımızda istifadə etməkdir.Çıxışının sonunda Gündüz Bayramov yarış iştirakçılarına uğurlar arzuladı.
Sonra Samux rayon Təhsil şöbəsinin müdiri  Gülağa Hüseynov da çıxış etdi. O, Ümummilli lider H.Əliyevin “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indiki gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır” tezisini xüsusi vurğulyaraq dahi şəxsiyyətin seçdiyi yolun Azərbaycana qazandırdığı uğurları tədbir iştirakçılrının nəzərinə çatdırdı və “İntellektual bilik yarışı” –nın iştirakçılarına uğurlar arzuladı. Yarışma açıq elan olundu.
İntellektual bilik yarışında hər məktəbin komandasında beş nəfər olmaqla 17 məktəbin şagirdləri iştirak edirdilər. Hər komanda  10, 11-ci sinif şagirdlərindən ibarət idi.Yarış çox gərgin və maraqlı keçirdi.Məktəblilər birincilik uğrunda mübarizə aparırdılar.Hər bir komanda üzvləri verilən suallara tez və birinci cavab vermək üçün var gücü ilə çalışırdılar. Sualların əksəriyyəti Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmişdir.
Gərgin keçən yarışda öz bilik səviyyəsi ilə digər məktəblərdən fərqlənən İnistitut qəsəbə tam orta məktəbin komandası I yerə, Lək tam orta məktəbin komandası II yerə, Samux şəhər 2saylı tam orta məktəbin komandası III yerə layiq görüldülər. Qalib gələn hər üç komandaya Fəxri Fərman və qiymətli hədiyyələr təqdim edildi.

Keçidlər