Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda "Vətənpərvər gəncliyin dini radikalizmə qarşı mübarizəsi" mövzusunda tədbir keçirilib.

02 may 2018 | 16:00

Mayın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Samux Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Qovlarsarı kənd tam orta məktəbində "Vətənpərvər gəncliyin dini radikalizmə qarşı mübarizəsi" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev və şöbənin əməkdaşları, Samux RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüqar Tağıyev, məktəbin direktoru Ramilə Aslanova, eləcə də müəllim və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Samux RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı V. Tağıyev mövzunun əhəmiyyətindən danışıb. Natiq bu cür tədbilərin keçirilməsinin vacibliyini vurğulayıb.
DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri A. Əliyev çıxışında aprel döyüşlərində qazanılan qələbənin xalqımızın tarixində əhəmiyyətli rola malik olduğunu qeyd edib. Vurğulayıb ki, döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnib, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunub.
Tədbirin sonunda “Şəhatət” sənədli filimi nümayiş etdirilib

Keçidlər