Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “Ulu öndər Heydər Əliyevin ömür yolu Azərbaycan tarixinin şərəfli bir hissəsidir” mövzusunda gənclərin iştirakı ilə elmi-praktik konfrans keçirildi.

02 may 2018 | 16:00

02 May 2018-ci il tarixdə YAP Samux rayon təşkilatında Ümimmilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə “Ulu öndər Heydər Əliyevin ömür yolu Azərbaycan tarixinin şərəfli bir hissəsidir” mövzusunda gənclərin iştirakı ilə elmi-praktik konfrans keçirildi.Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd etdi ki, Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşmasında Ulu Öndərin böyük əvəzedilməz xidmətləri olub.Müasir Azərbaycan gəncliyi Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən və məqsədyönlü gənclər strategiyasına sadiqdir. Gənclərimiz Ulu Öndər Heydər Əliyev yoluna, Onun uğurlu gənclər strategiyasına sadiqliklərini bir daha təsdiq ediblər.
Sonra YAP Samux rayon təşkilatının Gənclər Birliyinin üzvləri Qurban Həsənov, Xədicə Qasımova, Emin Şəmmədov, Ülviyyə Salmanova, Raminə Həsənova , Jalə Salmanova və Tərifə Verdiyeva cıxış edərək vurğuladılar ki, Azərbaycan gənclər ölkəsidir. Əhalinin 66%-i gənclərdir. Elmi- texniki tərəqqinin sürətlə inkişafında gənclər öz izlərini qoyur. Azərbaycan gəncləri ölkəmizdə gedən mədəniyyət, incəsənət, elm və təhsil sahələrində böyük uğurla irəliləyərək, zəngin milli-mədəni irsimizin qorunub saxlanılmasında, inkişaf etdirilməsində özünü göstərir. Gəncləri təhsil almağa, oxumağa çağıran Heydər Əliyev öyrədirdi ki, dünyada mövcud olan bütün elmlərə yiyələnmək mümkün deyil, lakin vətənini sevən gənc mütləq iki elmi mükəmməl öyrənməlidir. Bu elmlərdən biri ana dilimiz, digəri Azərbaycan tarixidir. Bu elmləri dərin bilən gənc xalqını və vətənini çox sevəcək. Vətəni sevmədən isə onu işğaldan qurtarmaq mümkün deyil.
Tədbirin sonunda YAP Samux rayon təşkilatının şura üzvləri Rəşad Qarayev və Rahil Həsənov çıxış edərək bildirdilər ki, düşmənə qarşı barışmaz olmaq üçün Vətəni candan sevmək lazımdır. İndiki gəncliyin qarşısında əsas vəzifə – müstəqilliyimizi qorumaq, ərazi bütövlüyümüzü qorumaq və bərpa etməkdir. Heydər Əliyev ideyalarının layiqli davamçısı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət Azərbaycanın aydın səhərlərindən xəbər verir. Bütövlüyü pozulmuş torpaqlarımızı yenidən qaytarmaq üçün Heydər Əliyev ideyaları ilə möhkəm silahlanmalıyıq.

Keçidlər