Şriftin ölçüsü :

Saytın rəngi :

Pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması məqsədi ilə növbəti görüş keçirilib

24 aprel 2018 | 16:00

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21 nömrəli “Pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması“ barədə əmrinə əsasən Samux rayon Institut qəsəbə tam orta məktəbi ilə Goranboy rayon Qızılhacılı kənd 2 nömrəli tam orta məktəb arasında əməkdaşlıq yaradılıb. İnstitut qəsəbə tam orta məktəbin kollektivi Goranboy rayon Qızılhacılı kənd 2 nömrəli tam orta məktəbinə səfər ediblər.
Tədbirlər planına əsasən III sinifdə Azərbaycan dili dərsindən “Müdrik rəhbər” mövzusunda, VIII sinifdə fizika dərsindən “Elektrik cərəyanları” mövzusunda açıq dərslər dinlənilib. Dərslərin sonunda hər iki dərsin motivasiyası, dərsin gedişi, şagirdlərin fəallığı, hazırcavablığı dinləyicilər tərəfindən müzakirə edilib.
Sonda isə VIII, IX, X və XI sinif şagirdləri arasında Cümhuriyyətin 100 illiyinə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı bilik yarışı keçrilib.
Qeyd edək ki, növbəti günlərdə Goranboy rayon Qızılhacılı kənd 2 nömrəli tam orta məktəbin kollektivi “Pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması“ məqsədi ilə Samux rayon İnstitut qəsəbə tam orta məktəbə səfər etməsi nəzərdə tutulub.

Keçidlər