Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon komandası şahin hərbi-idman oyununun zona birincisi oldu

21 aprel 2018 | 16:00

Samux rayon komandası Şahin hərbi-idman oyununun zona birinciliyində uğurla çıxış edərək 1-ci yerə yüksəlməklə final mərhələsinə vəsiqə qazandı . Şahin hərbi idman oyununda  Mingəçevir, Şəmkir, Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Göygöl, Daşkəsən, Samux, Qəbələ, Zaqatala və Kəlbəcər rayonlarından olan məktəblilər iştirak edib. 20 aprel 2018-ci il tarixdə Gəncə şəhərində təşkil olunmuş zona yarışında  1-ci yerə  Samux rayon komandası, 2-ci yerə Göy-Göl rayon komandası layiq görülərək Gənclər və İdman Nazirliyinin fəxri fərmanı ilə təltif olundular və Bakı şəhərində keçirilən  final mərhələsinə vəsiqə qazandı. Komandamızı  bu  önəmli uğur münasibətilə təbrik edir, final mərhələsində bol-bol  nəaliyyətlər  arzulayırıq.

Keçidlər