Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş şahmat turniri keçirilib

09 aprel 2018 | 16:00

Samux rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbində rayon ümumi təhsil məktəblərində çalışan müəllimlər arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş şahmat turniri keçirilib.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Samux Komitəsinin təşkilatçılığı və Samux Rayon Təhsil Şöbəsinin dəstəyi ilə keçirilmiş turnirdə 20-dən artıq müəllim iştirak edib. Turnir Swiss-Manager püşkatma proqramı ilə İsveçrə sistemi üzrə 7 turdan ibarət olub. Yarışın sonunda qaliblər diplom və hədiyyələr ilə mükafatlandırılıb.

Bəxtiyar Tağıyev I yer-Sərkar kənd tam orta məktəbin müəllimi;
Səyyad Musayev II yer-Qırmızı Samux kənd tam orta məktəbin müəllimi;
Zaur Həsənov III yer-Ziyadlı kənd tam orta məktəbin müəllimi

Keçidlər