Şriftin ölçüsü :

Saytın rəngi :

Samux məktəbliləri "Gəncə qala qapısı"na ekskursiya ediblər

03 aprel 2018 | 16:00

Samux Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən Zazalı kənd tam orta məktəbin şagirdləri “Gəncə qala qapısı”na ekskursiya ediblər.
Ekskursiyanın həyata keçirilməsində məqsəd məktəblilərdə tarix fənninə olan marağının artırılması və tarixi abidə və muzeylərlə əyani tanışlıq yaratmaq olub.
Səfər zamanı şagirdlər bələdçilər tərəfindən Gəncə şəhərinin tarixi keçmişindən, müəyyən tarixi sübut edən faktlar(sənədlər, əmr və qərarlar), xanlıq dövründə əsgərlərin istifadə etdiyi dəmir dəbilqə, silah və gəyimlər ilə tanış ediliblər. Həmçinin tarixi Azərbaycan ərazilərində yerləşmiş bir sıra ölkələr və s. haqqında məlumatlar şagirdlərə çatdırılıb.
Sonda xatirə şəkilləri çəkilib.

Keçidlər