Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində Ölkə Prezidentinin nitqindən irəli gələn vəzifələrin Samux rayonunda icrasına dair müşavirə keçirilib

28 mart 2018 | 16:00

Yığıncaqda Samux   Rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, RİH Başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, pambıqçılıq fəaliyyəti ilə məşğul olan təsərrüfat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
  Tədbirdə Samux   Rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev çıxış edərək bildirdi ki, 2018-ci il 26 mart tarixdə Bərdə rayonunda Cənab İlham Əliyevin Sədrliyi ilə pambıqçılığın inkişafına dair keçirilən  respublika müşavirəsində  Ölkə Prezidenti Respublikamızda pambıqçılığın inkişafı ilə əlaqədar bütün adiyyətı təşkilatlar qarşısında ciddi vəzifələr qoyaraq öz tövsiyyə və tapşırıqlarını verdi.Pambıqçılığın insanların sosial həyatında nə qədər böyük rol oynadığını dönə-dönə bildirən cənab Prezident qeyd edib ki,Ulu Öndər Respublikaya rəhbərlik etdiyi 1970-ci illərdə bu sahənin inkişafına böyük önəm verərək, pambıqçılığa və pambıqçılara xüsusi qayğı ilə yanaşırdı. Ölkə Prezidenti Azərbaycana valyuta axınının təmin edilməsi məqsədilə ixracyönümlü məhsulların istehsalının xüsusi əhəmiyyət daşıdığını, pambığın da ixracyönümlü məhsul olduğunu və bu sahənin ciddi inkişaf etdiriləcəyini bildirdi. Odur ki, biz samuxlular ölkə başçısının qarşımıza qoyduğu bu tapşırıqlara daha da məsuliyyətli yanaşmalıyıq. Əsasən pambıq əkini zamanı torpağa bütün aqrotexniki qaydalar əsasında qulluq olunmalıdır. Vaxtlı-vaxtında zərərvericilərə və alaq otlarına qarşı düzgün dərman peraparatlarından istifadə etməklə mübarizə aparmaq lazımdır. Həmçinin pambıq sahələrinin suvarılmasında “Pivot” müasir suvarılma sistemlərindən istifadəyə üstünlük vermək lazımdır.
Yığıncaqda Samux   rayon  fermerləri çıxış edərək görülən işlərdən danışdılar, əkin zamanı yaranan bəzi çətinliklər və həlli yolları müzakirə edildi.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev   çıxış edərək qeyd etdi ki, Cənab Prezident pambıqçılığın inkişafına böyük vəsait sərf olunduğunu, operativ olaraq bütün lazımi tədbirlərin görüldüyünü, suvarma ilə, elektrik enerjisi ilə bağlı tədbirlərin görüldüyünü, yeni pambıqyığan kombaynlar, yüzlərlə adda kənd təsərrüfatı texnikasının alınıb ölkəyə gətirildiyini qeyd etdi. Pambıqçılığın maddi texniki bazasını möhkəmləndirmək üçün əlavə səpin və becərmə texnikaları alınmışdır. Səpinin optimal temperatur yarandığı təqdirdə aprel ayının birinci on günlüyündə başlanması və iyirmi iş günü müddətində başa çatdırılması üçün hazırlıq tədbirləri görülmüşdür.İstehsalçılar hər hektardan 20 sentiner məhsul götürülməsini qarşılarına məqsəd qoymuşlar.
Sonda Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev bu il pambığın becərilməsi zamanı yarana biləcək nöqsan və çatışmamazlıqların operativ həll edilməsi üçün Samux rayon İcra Hakimiyyəti Başçısı aparatının işçilərinə və təsərrüfat sahiblərinə ciddi tapşırıqlar verdi.

Tədbirdən sonra yığıncaq iştirakçıları “Qarabağ MKT”-nin Regional filialının Samux şöbəsinin təsərrüfat sahəsindəki pambıq əkiləcək yerlərə və bu əkində istifadə ediləcək texnika və avadanlıqlara baxış keçirildi.

Keçidlər