Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda bir il ərzində 39 hektardan çox xurma bağı salınıb

08 mart 2018 | 16:00

Ötən il Samux rayonundakı xurma bağlarının ümumi sahəsi 355,2 hektara çatdırılıb. Bu, əvvəlki illə müqayisədə 39,2 hektar çoxdur.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bağlardan məhsuldarlıq dövründə 8577,8 ton xurma toplanıb. Hər hektara görə orta məhsuldarlıq 241,6 sentner olub.
Fərdi sahibkarların, ailə-kəndli və ev təsərrüfatlarının, eləcə də kənd təssərüfatı müəssisələrinin bağlarından toplanan xurma daha çox Rusiya bazarlarına ixrac edilib.
Samux, 8 mart, Rauf Hacıyev, AZƏRTAC

Keçidlər