Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda meyvəçilik və üzümçülüyə maraq artırılır

06 mart 2018 | 16:00

Samuxda meyvəçilik və üzümçülük əhalinin əsas gəlir mənbəələrindən biridir. Ona görə də bu sahəyə maraq ildən ilə artmaqdadır. 2017-ci ildə Samux rayonunda 1515.2 ha meyvə bağları və giləmeyvəliklər mövcud olmuşdur. İl ərzində 43.5 ha yeni bağlar və giləmeyvəliklər salınmışdır. Sahələrdən 17417,3 ton məhsul yığılmışdır ki, bu da ötən ilə nisbətən 6,8% çoxdur. Məhsuldarlıq hər hektardan 13,6 ton olmuşdur.
      Ötən il rayonda üzüm bağlarının sahəsi 10586 ha olmuşdur. İl ərzində 4 ha yeni üzüm bağı salınmışdır. Sahələrdən 8867,9 ton üzüm yığılmışdır. Üzümün məhsuldarlığı 9,1 ton olmuşdur. Hal-hazırda rayonda yeni meyvə və üzüm bağları salınmaqdadır.

                    Samux Rayon Statistika İdarəsi

Keçidlər