Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda "Narkomaniyaya yox deyək" adlı maarifləndirici seminar keçirildi

02 mart 2018 | 16:00

Samux rayon Polis İdarəsi əməkdaşları tərəfindən rayon məktəblərində “Narkomaniyaya yox deyək” mövzusunda təşkil edilən tədbirlər silsiləsi davam edir. Növbəti maarifləndirici tədbir Seyidlər kənd tam orta məktəbdə məktəbin X, XI sinif şagirdlərinin iştirakı ilə təşkil edilib.
Tədbirdə ilk olaraq çıxış edən məktəbin direktoru Firdus Məmmədova, gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün məktəbdə görülən işlərdən və tədbirlərdən söz açıb.
Daha sonra Polis İdarəsinin rəis müavini polkovnik-leytenant Kazım Bayramov və Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin baş inspektoru İlqar Verdiyev narkomaniya və onun fəsadları, həmçinin dini radikalizm barədə geniş məlumat verib.
Keçirilmiş maarifləndirici seminarın sonunda məktəbliləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Keçidlər