Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxdakı sahələrdən keçən il 7 min 608 ton günəbaxan yığılıb

27 fevral 2018 | 16:00

Keçən il Samux rayonunda 3 min 618 hektar sahədə günəbaxan əkilib. Bu, 2016-cı illə müqayisədə 1903 hektar çoxdur. Məhsuldarlıq dövründə sahələrdən 7 min 608 ton günəbaxan tumu yığılıb. Bu isə əvvəlki illə müqayisədə 3 min 990 ton artıqdır.
Fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatlarının sahibləri tədarük etdikləri məhsulu əsasən rayonun İnstitut qəsəbəsində yerləşən və qovurulmuş günəbaxan tumları istehsal edən müəssisəyə təhvil veriblər.
Qeyd edilib ki, hər hektardan 210 sentner məhsul toplayan və yüksək gəlir götürən təsərrüfat sahibləri bu il daha geniş ərazidə günəbaxan əkməyi və bol məhsul tədarük etməyi planlaşdırırlar.

Keçidlər