Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon Alıuşağı kənd tam orta məktəbdə Mirzə Şəfi Vazehə həsr olunmuş dəyirmi masa keçirilib

02 fevral 2018 | 16:00

Samux rayon Alıuşağı kənd tam orta məktəbdə Azərbaycan şairi və mütəfəkkiri, maarifçi və pedaqoq Mirzə Şəfi Vazehə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirin keçirilməsində məqsəd məktəblilərdə ədəbiyyat fənninə və şair və yazıçıların həyat-yaradıcılığına maraq yaratmaq olub.
Samux RTŞ-nin əməkdaşları, məktəbin müəllim və şagirdlərinin iştirak etdiyi tədbiri məktəbin direktoru Əsədov Musa açıq elan edib. Tədbir haqqında qisa məlumat verdikcən sonra  Vazeh təxəllüsü altında həm Azərbaycan dilində, həm də fars dilində yazaraq, bu dillərin poeziya ənənələrini inkişaf etdirşim dahi şairin həyat və yaradıcılığı haqqında məktəbin tarix və Azərbaycan dili və ədəbiyyat müəllimləri geniş məlumat veriblər.
Sonda şagirdlər tərəfindən şairin qələmə aldığı bir neçə qəzəl səsləndirilib.

Keçidlər