Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunun kənddaxili qaz təsərrüfatı yenilənir

29 yanvar 2018 | 16:00

Samuxda abonentləri təhlükəsiz və davamlı qazla təchiz etmək məqsədilə rayonunun kənddaxili qaz təsərrüfatı yenilənir. Bunun üçün rayonun Cırdaxan kəndində və Qarayeri qəsəbəsində 590 metr yeni qaz xəttinin çəkilişi başa çatıb. Həmçinin Samux şəhərində, Çobanabdallı, Sərkar, Əlibayramlı, Qarayeri, Qiyaslı və Lək kəndlərində yeni qaz tənzimləyiciləri qurlaşdırılıb.
Bildirilib ki, il ərzində Çobanabdallı, Qarabağlılar və Əhmədbəylilər kəndlərinin küçədaxili qaz xətlərinin korroziyaya uğramış hissələri dəyişdirilib, 50 ədəd qaz tənzimləyici şkafların giriş və çıxışına 103 ədəd manometr qurlaşdırılıb. Alabaşlı, Qarayeri qəsəbələrində və Səməd Vurğun küçəsində şəxsi həyətlərdən keçən qaz xətləri təhlükəsizlik üçün küçəyə çıxarılıb.
Alabaşlı-Qarayeridə 593 metr, Ziyatlı kəndində isə 623 metr yeni daşıyıcı qaz xətti çəkilib. Qiyaslı kəndində 155 metr ortatəzyiqli qaz xətti çəkilərək, qaz tənzimləyici şkafa qoşulub. İl ərzində 679 qaz sayğacı yenisi ilə əvəzlənib.
Qeyd edilib ki, ötən il rayon üzrə 40 min 988,124 kubmetr təbii qaz istehlak olunub.
Qaz təsərrüfatında görülmüş qabaqlayıcı tədbirlər nəticəsində cəmi 5,9 faiz itki olub. İstehlakçılar tərəfindən təbii qazın ödənişi 93,8 faiz təşkil edib. Hazırda əhalinin təhlükəsiz və fasiləsiz təbii qazla təmin edilməsi üçün işlər rayonun digər kəndlərində də görülür.

Keçidlər