Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon Yuxarı Ağasıbəyli kənd tam orta məktəbində "Biologiya gecəsi" keçirilib

27 yanvar 2018 | 16:00

Samux rayon Yuxarı Ağasıbəyli kənd tam orta məktəbdə “Biologiya gecəsi” keçirilib.
Məktəbin müəllim və şagird kollektivinin də iştirak etdiyi tədbirin keçirilməsində məqsəd şagirdlərin fənnə marağının artırılması, onlara təbiəti, heyvanları, ümumilikdə canlı aləmi qorumaq hisslərinin aşılanması  və fənnə dair məlumatlılıq səviyyələrinin yüksəldilməsi olub.
Keçirilmiş tədbirdə şagirdlər “Hüceyrələrin bölünməsi”, “Vərəm çöpləri”, “Qan və qanın tərkibi, hormonlar-vəzlər” və “Faydalı meyvə və tərəvəzlər”  mövzusunda təqdimatlar ilə çıxış ediblər.
Tədbirdə biologiya elmi və bu elmin sahələri haqqında məlumat verilib, müxtəlif videoçarxlar nümayiş olunub.

Keçidlər