Şriftin ölçüsü :

Saytın rəngi :

Samux məktəblərinin istiliklə məsləsi həll edilib

19 yanvar 2018 | 16:00

Samux rayonunda məktəblərdən 18-i mərkəzi qazanxana ilə qızıdırılır. 3 məktəb elektrik enerjisi, yerdə qalan təhsil ocaqları isə odunla isidilir. Rayon üzrə 35 məktəbdə təhsil alan 9 minə yaxın şagirddən 4 mindən çoxunun istiliklə bağlı çətinliyi olmur. Bu isə dərs prosesinə və davamiyyətə müsbət təsir göstərir. Təhsil şöbəsindən verilən məlumata görə, isidilmə formasından asılı olmayaraq rayondakı bütün məktəblə istiliklə təmin edildiyindən dərslərdə davamiyyətin aşağı düşməsi müşahidə edilmir. 
Seyidağa Qasımov şagird: Hamımız dərslərimizə vaxtlı-vaxtında hazırlaşırıq. Havaların soyuq olması baxmayaraq sinif otaqları istidir. Bu səbəbdəndə dərsdən yayınmırıq.
Əminə Cəfərova Samux şəhər 2 saylı tam orta məktəbin direktoru: Məktəbimzidə 470 dən artıq şagird təhsil alır. Məktəbimzidə istiliklə bağlı heç bir problem yoxdur. Məktəbimzin binası yeni qurulduğundan ümumi qazanxana sistemi ilə təchiz edilib. Bu sahədə problem olmadığından şagirdlərin dərsə davamiyyəti yaxşıdır. Yüksək səviyyədə də təhsil alırlar.
Natiq Hüseyn

Keçidlər