Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda həmrəylik günü silsilə tədbirlərlə qeyd olunur

30 dekabr 2017 | 16:00

Samuxda əlamətdar bayramlar rayon tədbiri ilə qeyd olunub. Dünya azərbaycanlılarının Həmrəylik günü və yeni ilin gəlişi münasibəti ilə Heydər Əliyev parkına toplaşan ictimaiyyət nümayəndələri məktəbə qədər müəssisələrin kollektivlərinin çıxışlarını izləyiblər. Həmrəylik gününün əhəmiyyəti və geridə qalan ilin uğurları çıxışlarda xatırlanıb. Həmrəyliyin dünya azərbaycanlıları arasında əlaqəni daha da gücləndirmək baxımından əhəmiyyəti vurğulanıb. Rayonda sosial infrastruktur layihələrinin icrası, humanitar sahədə əldə edilən nəaliyyətlərdən danışılıb. Növbəti ildə uğurlar davam edəcəyinə əminlik ifadə olunub. Mədəniyyət işçilərinin musiqili proqramla çıxış etdikləri bayram tədbiri Şaxta baba və Qar qızın uşaqları hədiyyələrlə sevindirməsi ilə yadda qalıb.
Şəlalə Tağıyeva Samux Rayon Mədəniyyət Mərkəzinin direktoru: Samux rayonun bütün məktəblərinin şagirdləri bu şənlikdə iştirak edirlər. Həm bizim öz proqramımız var. Həm də məktəblərin bağçaların hazırladıqları proqramları biz orada tamaşaçılara təqdim edirik. Əsas məqsədimiz bu bayramda Dünya Azərbaycanlılarının vahid birliyini gələcək nəsillərə çatdırmaqdır.
Natiq Hüseyn

Keçidlər