Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkər çuğunduru istehsalının artımı qənd və şəkər tozunun qiymətini ucuzlaşdırıb

04 yanvar 2018 | 16:00

Samux rayonunda becərilən şəkər çuğundurunun istehsalındakı artım ölkə üzrə mağazalarda satılan qənd və şəkər tozunun qiymətində ucuzlaşma yaradıb. Bir neçə ay bundan öncə pərakəndə ticarət şəbəkələrində satılan şəkər tozunun 1 kiloqramının qiyməti 1,40 manat idisə, hazırda həmin ərzağın kiloqramı 0,95 manata satılır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Samux Rayon Statistika İdarəsinin rəisi Gündüz Bayramov məlumat verib.
Gündüz Bayramov bildirib ki, ötən il Samux rayonundakı təsərrüfatlardan 53,4 min ton şəkər çuğunduru istehsal edilib və emal üçün İmişli şəkər zavoduna göndərilib.
Ötən il 1194 hektar ərazidən 43,1 min ton şəkər çuğundurunun toplandığını deyən G. Bayramov qeyd edib ki, bu, əvvəlki ilin məhsuldarlığı ilə müqayisədə 10,3 min ton çoxdur.
Samux 4 yanvar, Rauf Hacıyev, AZƏRTAC

Keçidlər