Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzu təmsil edən məktəblilər "Fövqəladə hallar uşaqların gözü ilə" uşaq yaradıcılıq müsabiqəsinin qalibi olub

23 dekabr 2017 | 16:00

Təhsil Nazirliyi və Fövqəladə Hallar Naizrliyinin təşkilatçılığı ilə "Fövqəladə hallar uşaqların gözü ilə" uşaq yaradıcılıq müsabiqəsinin yekun mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Rayonumuzu təmsil edən şəhər 3 nömrəli tam orta məktəbin II sinif şagirdi Mələkxanım Yusifzadə və III sinif şagirdi Xalidə Rəhimli "Əl işi" nominasiyası üzrə qalib gələrək I yerə layiq görülüblər.
Qaliblər Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin fəxri fərman və hədiyyələri ilə təltif ediliblər.

Keçidlər