Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxdan BP və CQBK şirkəti tərəfindən keçirilmiş təlimlərdə iştirak etmiş müəllimlər sertfikat və hədiyyə ilə mükafatlandırılıb

26 dekabr 2017 | 16:00

Samuxdan BP və CQBK şirkəti tərəfindən məktəblərdə səhiyyə və sağlamlıq haqqında biliklərin artırılması məqsədi ilə Samux Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən Lək kənd və Seyidlər kənd tam orta məktəblərində çalışan hər məktəbdən 3 nəfər olmaqla 6 nəfər müəllimə təlimlər keçirilib. Təlimlərin mövzusu sağlam həyat tərzi, zərərli vərdişlər, yeniyetmələrin şəxsi gigiyenası və QİÇS haqqında olub.
Təlimlərdə iştirak etmiş müəllimlər öyrəndikləri mövzularla bağlı çalışdıqları məktəblərin IX-XI sinif şagirdləri ilə maarifləndirici söhbətlər aparıblar.
Müəllimlərin şagirdlərə keçirilən məşğələləri qiymətləndirmək məqsədi ilə adları qeyd olunan məktəblərdə SAJV işçiləri tərəfindən monitorinq aparılıb və ən fəal müəllimlər müəyyənləşdirilib.
Dekabr ayının 25-də təlimlərdə iştirak etmiş müəllimlər BP və CQBK şirkətinin nümayəndəsi tərəfindən sertfikat və hədiyyə ilə mükafatlandırılıb.

Keçidlər