Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda çoxmənzilli yaşayış binalarının dam örtükləri dəyişdirilir

20 dekabr 2017 | 16:00

Prezident İlham Əliyevin sərəncamına əsasən ayrılan vəsait hesabına Samux rayonunda çoxmənzilli yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi davam etdirilir. Paralel olaraq rayonun kənd və qəsəbələrində geniş miqyaslı tikinti quruculuq işləri də aparılır.
Saidə Həsənova sakin: İstixana qəsəbəsi 52 ildir qurulub. Bu 52 ildə belə işlər getmirdi. Evlərimizə yağış damırdı. Çox acınacaqlı vəziyyətdə yaşayırdıq. Çox probelmli idi.
Samuxda illərdir dam örtüyünün yararsız vəziyyətdə olmasından  əziyyət çəkən sakinlərin problemi həll edilir. Ölkə prezidentinin ehtiyyat fondundan ayrılan vəsait hesabına rayonda çoxmənzilli binaların dam örtüyü dəyişdirilir.
Vilayət İmanov sakin: Qəsəbənin tökülmüş dam örtükləri yeniləri ilə əvəz olunur. Divarlara suvaq çəkilir. Qəsəbənin ümumi görnüşünü pozan hallar səliqə ilə və ardıcıl şəkildə aradan qaldırılır. Qəsəbə daxili yollar genişləndirilir. Bu biz sakinləri hamımızı sevindirir.
Dam örtükləri ilə yanaşı rayonunun küçə və prospektləri də yeni görkəm alır. Piyadaların təhlükəsiz hərəkəti üçün səkilər yaradılır, yağış sularının axması üçün arxlar qoyulur.
Vüsal Əsədov Samux Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi: Hal-hazırda rayon ərazisində 52 binanın dam örtüyü tamamilə yenisi ilə əvəz olunub. Fasadlar təmir edilib. Bərpa işləri digər binalarda davam etdirilir.
İşlərin qısa zamanda və kefiyyətlə yerinə yetirilməsi rayonda xüsusi komissiya yaradılıb. Komissiya üzvləri sözügedən yaşayış binasının sakinləri ilə mütəmadi görüşlər keçirir, yenidənqurma işləri ilə bağlı onların tələb və təkliflərini dinləyirlər.
Natiq Hüseyn

Keçidlər