Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda "Coca-Cola məktəbli kuboku" yarışı keçiriləcəkdir.

19 dekabr 2017 | 16:00

20 dekabr 2017-ci il tarixdə Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 7-ci siniflər arasında "Coca-Cola məktəbli kuboku" nun qrup mərhələsi start götürəcək. AFFA və Təhsil nazirliyinin birgə layihəsi olan futbol yarışı saat 09 : 30 da Samux şəhər 2 saylı tam orta məktəb stadionunda təşkil olunacaq. Yarışı AFFA-nın Gəncə Hakimlər briqadası idarə edəcək. Bildiyimiz kimi futbol idman növü ölkəmizdə və bütün dünyada ən populyar və daha geniş izləyici kütləsinə malik idman növlərindən biridir.  Samux rayon gəncləri və şagirdlərdə futbola böyük maraq göstərməkdədirlər. "Coca-Cola məktəbli kuboku"  hər zaman şagirdlər tərəfindən böyük maraqla qaşılanır.  Yarışın təşkil olunmasında məqsəd idmanın kütləviliyini artırmaq, futbol idman növünün inkişaf etdirilməsi və populyarlaşması, eyni zamanda futbola marağın artırılmasıdır.  Yarışda iştirak edən məktəb komandaları arasında birinci yeri tutan komanda zona mərhələsində rayonumuzu təmsil edəcək.  Bütün iştirakçılara uğurlar arzulayırıq

Keçidlər