Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxlu məktəblilər arasında "Tarixi iz" adlı bilik yarışı keçirilib

15 dekabr 2017 | 16:00

Təhsil Nazirliyinin “Təhsildə keyfiyyət ili“ ilə bağlı verdiyi əmrə uyğun olaraq şəhər 3 nömrəli ilə şəhər 2 nömrəli tam orta məktəbin X təmayül sinif şagirdləri arasında tarix fənnindən “Tarixi iz” adlı bilik yarışı keçirilib.
Yarışın keçirilməsində məqsəd şagirdlərin tarix fənnindən bilik və bacarıqlarını yoxlamaq, onların məntiqi dünyagörüşlərinin inkişaf etdirilməsinə yardımçı olmaq olub.
Hər məktəb komandasının tərkibinə 12 şagird iştirak edib. Bu bilik yarışının digər yarışlardan fərqi onda idi ki, komandalara münsiflər heyyəti tərəfindən deyil komandaların özləri hazırladıqları sualları təqdim ediblər. Komandalar əvvəlcədən hazırladıqları Azərbaycan tarixi və ümumi tarix fənninindən, ibtidai icma, quldarlıq və orta ərsləri əhətə edən 25 sual təqdim ediblər. Hər bir komanda növbə ilə digər komandaya sualını təqdim edib və düşünmək üçün onlara 1 dəq vaxt verilib
Keçirilmiş yarışın sonunda ümumi toplanan ballar cəmlənib və hər iki məktəbin komandası bərabərliklə oyundan ayrılıblar.

Keçidlər