Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

10 dekabr 2017 | 16:00

Ümummilli Lider Heydər Əliyevin zəngin irsi, mədəniyyət və incəsənət sahəsinin inkişafındakı xidmətləri danılmazdır. Dahi şəxsiyyət elm adamlarına və incəsənət xadimlərinə daim xüsusi diqqət və qayğı göstərib. Onların həyat və iş şəraitinin yaxşılaşdırılması üçün mühüm işlər görüb. Samuxda “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda keçirilən dəyirmi masada görkəmli dövlət xadiminin uzaqgörən siyasətindən və ölkənin inkişafı naminə fəaliyyətindən geniş söz açılıb. Tək sosial-iqtisadi sahəni deyil, təhsil, mədəni və idman sferasında da dahi şəxsiyyətin danılmaz rolu, bu kursun bu gün də davam etdirildiyi diqqətə çatdırılıb. Dəyirmi masada Heydər Əliyevin mədəniyyət işçiləri ilə görüşlərini əks etdirən videoçarx nümayiş etdirilib.
Natiq Hüseyn

Keçidlər