Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunu təmsil edən şahmatçılar şahmat üzrə zona çempionatında qalib gəliblər

05 dekabr 2017 | 16:00

Gəncə şəhərində “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən şahmat idman növü üzrə Respublika çempionatının zona mərhələsi keçirilib.
Keçirilmiş zona yarışında Gəncə, Samux, Şəmkir, Mingəçevir, Tovuz, Ağstafa, Yevlax, Göygöl, Goranboy, Gədəbəy, Tərtər, Daşkəsən və Qazax məktəbliləri öz güclərini sınayıb.
Samux rayon Uşaq-gənclər İdman Şahmat məktəbini təmsil edən bir neçə idmançı yarışda iştirak edib. Üç gün davam edən yarışın nəticəsində rayonumuzu təmsil edən idmançılardan Könül Rzayeva II-III yeri və dəfələrlə Respublika, zona və rayon səviyyəli yarışlarda qalib olmuş Aytac Məmmədova I-III yeri bölüşərək yarışın Respublika mərhələsinə vəsiqə qazanıb. Qaliblər xüsusi diplomlarla mükafatlandırılıb.

Keçidlər